Digər

İran və Oman Hörmüz barədə razılaşdı

08 Oct 2026, 10:52 2 baxış
İran və Oman Hörmüz barədə razılaşdı

Oman və İran Hörmüz boğazında təhlükəsiz tranzit marşrutları barədə razılığa gəlib və tezliklə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcək.


Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.


“İran və Oman arasında məsləhətləşmə prosesi uğurla davam edir. Hər iki tərəf Hörmüz boğazında təhlükəsiz ikitərəfli marşrutların coğrafi koordinatları, eləcə də bu məsələnin müvafiq beynəlxalq quruma təqdim olunması qaydası barədə razılığa gəlib. Plan qısa müddətdə təqdim olunacaq”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər