Dünya
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
İstanbulda altımərtəbəli bina çöküb. Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Maltəpə rayonunda baş verib. Hələlik məlum olmayan səbəblərdən binanın iki mərtəbəsi çöküb.
Dağıntılar altında qalanların olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupları və təcili yardım maşınları cəlb olunub. Hazırda ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. İlkin məlumata əsasən, dağıntılar altından sağ çıxarılan bir uşaq xəstəxanaya yerləşdirilib.

Mənbə
oxu.az