Dünya
"Haber Global": WUF13 Qafqazda ilk dəfə Azərbaycanda keçirilir - VİDEO
"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında 182 ölkədən 40 000-dən çox insan qeydiyyatdan keçib". Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının sözügedən tədbirlə bağlı təşkil etdiyi canlı bağlantıda kanalın əməkdaşı Murat Karataş məlumat verib.
Onun sözlərinə görə, WUF13 Qafqazda ilk dəfə Azərbaycanda keçirilir. 40 000-dən çox insanın tədbirdə iştirak etməsi isə indiyə qədər keçirilən forumlar arasında ən çox iştirakçı qeydə alınan forumdur. Murat Karataş qeyd edib ki, iki il əvvəl, 2024-cü ildə Misirin paytaxtı Qahirədə keçirilən WUF-da 24 mindən çox insan iştirak etmişdi. "Forumun əsas mövzuları qlobal böhran, təhlükəsiz şəhərlər, iqlim dəyişikliyinə müqavimət, dayanıqlı şəhərsalma, ağıllı şəhərlər, fəlakətdən sonra yenidənqurmadır. 30 illik Ermənistan işğalından sonra Qarabağda tikinti prosesi başlayıb. Burada "ağıllı şəhər" və "ağıllı kənd" layihələri icra olunur. Bundan əlavə, yaşıl enerjiyə əsaslanan məskunlaşma planları beynəlxalq ictimaiyyətlə müzakirə olunacaq", - deyə jurnalist bildirib.

Mənbə
oxu.az