Dünya

Kayseridə leysan xarakterli yağışlar həyatı iflic etdi - VİDEO - FOTO

18 May 2026, 11:44 11 baxış
Kayseridə leysan xarakterli yağışlar həyatı iflic etdi - VİDEO - FOTO
Türkiyənin Kayseri şəhərində leysan xarakterli yağışlar daşqına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, yollar gölə çevrildiyi üçün vətəndaşlar çətin anlar yaşayıblar. Xüsusilə Melikqazi rayonunun Gesi Fatih məhəlləsində həddindən artıq yağışlar səbəbindən kanalizasiya xətlərində daşmalar qeydə alınıb. Ərazidə avtomobillərin hərəkəti xeyli çətinləşib, sürücülər yolda irəliləmək üçün əziyyət çəkiblər. Aidiyyəti qurumlar ehtimal olunan qəfil daşqınlar və subasmalarla bağlı vətəndaşlara xəbərdarlıq ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər