Dünya
Roma Papası uşaqlar arasında yayılan məşhur hərəkəti təkrarladı - VİDEO
Roma Papası XIV Leonun Vatikanda uşaqlarla görüşü maraqlı anlarla yadda qalıb zamanı Oxu.Az xəbər verir ki, bununla bağlı görüntüləri "Sky News" yayımlayıb. Videoda uşaqlar "six-seven" deyərək (altı-yeddi) jest edirlər. Roma Papası əvvəlcə onları müşayiət edən adama təəccüblə baxır. Daha sonra həmin şəxs ifadəni və jesti təkrarlayır. Bundan sonra pontifik də eyni hərəkəti edir.
İngilisdilli internet istifadəçiləri arasında "six-seven" memi 2025-ci ildə populyarlaşıb və hətta "ilin sözü" seçilib. İfadə ilk dəfə amerikalı reper Skrillin mahnısında səslənib. Memi daha sonra məktəblilər məşhurlaşdırıblar. "Overtime Elite" basketbol klubu yerli ulduz Taylen Kinni ilə video paylaşdıqdan sonra ifadə geniş yayılıb. Kadrlarda dostu basketbolçudan içkini 1-dən 10-a qədər qiymətləndirməsini istəyir. O isə "yəqin ki, 6-7" deyərək əlləri ilə seçim edirmiş kimi jest edir. Bu səbəbdən "six-seven" ifadəsi bəzən "fərqi yoxdur" və ya "vecimə deyil" mənasında işlədilir.

Mənbə
oxu.az