Dünya

Everest zirvəsinə dırmanmaqda yeni dünya rekordu bəlli oldu

18 May 2026, 04:38 3 baxış
Everest zirvəsinə dırmanmaqda yeni dünya rekordu bəlli oldu
Məşhur nepallı alpinist Kami Rita Şerpa 32-ci dəfə Everest zirvəsinə qalxaraq həm öz şəxsi rekordunu, həm də dünya rekordunu təzələyib. xəbər verir ki, bu barədə "Himalayan Times" nəşri məlumat yayıb. Məlumata görə, digər bir qadın alpinist Lhakpa Şerpa da dünyanın ən yüksək nöqtəsinə 11-ci dəfə yüksələrək qadınlar arasında yeni dünya rekorduna imza atıb. Kami Rita Şerpa sosial şəbəkə hesablarında bu yürüşünün zirvəyə sonuncu fəthi ola biləcəyinə işarə edib. Buna baxmayaraq, alpinistin karyerasını başa vurmaq qərarı üzərində yenidən düşünəcəyi barədə xəbərlər yayılıb.
Mənbə oxu.az