Dünya

KİV: ABŞ 1998-ci il səfirlik partlayışları ilə bağlı axtarılan şəxsi zərərsizləşdirib

18 May 2026, 02:20 2 baxış
KİV: ABŞ 1998-ci il səfirlik partlayışları ilə bağlı axtarılan şəxsi zərərsizləşdirib
ABŞ Silahlı Qüvvələri Somalidə həyata keçirilən hava zərbəsi nəticəsində 1998-ci ildə ABŞ səfirlikləri yaxınlığında törədilən partlayışların təşkilində şübhəli bilinən şəxslərdən birini məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə HBN telekanalı Somali hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Əməliyyat Somalinin cənubunda "Əl-Qaidə" terror təşkilatının ehtimal olunan üzvlərinə qarşı keçirilib. Hava zərbəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "AC-130" təyyarəsi vasitəsilə endirilib və ağır avtomatik silahlardan istifadə olunub. Telekanal qeyd edir ki, öldürülən şəxslərdən birinin "Əl-Qaidə" ilə əlaqələri barədə məlumat ABŞ kəşfiyyatı tərəfindən təqdim edilib. Bildirilir ki, ABŞ Somalidə əvvəlki hava zərbələri zamanı mülki şəxslər arasında çoxsaylı itkilərlə bağlı beynəlxalq tənqidlərin artdığı bir vaxtda regionda yeni əməliyyatlara başlayıb. Qeyd edək ki, 1998-ci il avqustun 7-də Tanzaniya və Keniyadakı ABŞ səfirlikləri yaxınlığında törədilən partlayışlar nəticəsində 220-dən çox insan həlak olub, min nəfərdən çox şəxs yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər