Dünya

ABŞ-də iki hərbi təyyarə toqquşdu - VİDEO

18 May 2026, 00:40 2 baxış
ABŞ-də iki hərbi təyyarə toqquşdu - VİDEO
ABŞ-nin Aydaho ştatında yerləşən "Mauntin-Houm" Hərbi Hava Qüvvələri bazası üzərində iki hərbi təyyarə havada toqquşub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Idaho Statesman" nəşri məlumat yayıb. "Gunfighters Skies" aviaşousu zamanı "F/A-18F" qırıcı-bombardmançılarının modifikasiyaları olan "EA-18G" tipli iki hərbi təyyarə havada toqquşub.
Bildirilir ki, ekipaj üzvləri katapult etməyə nail olublar. İnsidentdən sonra hərbi hava bazası bağlanıb, əraziyə təcili xidmət əməkdaşları cəlb olunub. Hadisənin səbəbi və ekipaj üzvlərinin vəziyyəti barədə hələlik məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər