Dünya

Tramp: "İran daha sürətli hərəkət etməlidir"

17 May 2026, 23:24 1 baxış
Tramp: "İran daha sürətli hərəkət etməlidir"
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla mümkün razılaşma məsələsində daha sürətli davranmalı olduğunu bildirib. Oxu.Az xəbər verir ki, o, bununla bağlı "Truth Social" platformasında paylaşım edib. "Vaxt daralır və İran daha sürətli hərəkət etməlidir, əks halda onlardan heç nə qalmayacaq. Vaxt həlledici əhəmiyyət daşıyır", - deyə Donald Tramp yazıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər