Dünya
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Nəşrin yazdığına görə, söhbətin əsas mövzusu İran ətrafındakı vəziyyət olub. Məlumata əsasən, tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının yenidən başlanması ehtimalını, həmçinin Trampın Pekinə səfərinin nəticələrini müzakirə ediblər. "The Times of Israel" qeyd edir ki, telefon danışığından qısa müddət sonra Netanyahu təhlükəsizlik kabinetinin iclasını çağırıb.
Mənbə
oxu.az