Dünya

"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırlayıb - VİDEO

17 May 2026, 20:24 2 baxış
"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırlayıb - VİDEO
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb. Oxu.Az xəbər verir ki, "Haber Global" bu mövzuya geniş diqqət ayırıb.
Telekanalın hazırladığı videoreportajda WUF13-ün dünyanın ən böyük şəhərsalma forumlarından biri olduğu vurğulanıb. Qeyd olunub ki, forumda əldə olunmuş nəticələr nəzərdən keçirilib, mövcud çətinliklər dilə gətirilib, həmçinin yeni istiqamətlər üzrə təkliflər səsləndirilib. Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunub. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçirilib. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər