Dünya
Moskvada güclü yanğın: Yolda hərəkət məhdudlaşdırıldı - VİDEO
Rusiyanın paytaxtı Moskvanın cənub-şərq hissəsində böyük yanğın qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, Amur küçəsində yerləşən körpünün altında yığılmış tikinti tullantıları alovlanıb. Hadisə səbəbindən əraziyə uzaqdan aydın görünən qatı qara tüstü yayılıb. Sürücülərin sözlərinə görə, yolda görmə məsafəsi demək olar ki, sıfıra enib. Bununla əlaqədar olaraq Moskva sürət diametri üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Alovun əhatə etdiyi sahə təxminən 200 kvadratmetr təşkil edib. Fövqəladə hallar xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan yoxdur.

Mənbə
oxu.az