Dünya
Braziliya prezidenti Trampdan Kuba ilə bağlı nə xahiş edib?
Luiz İnasiu Lula da Silva Donald Trampa müraciət edərək Kubaya tətbiq olunan iqtisadi blokadanın aradan qaldırılmasını istəyib. Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi "The Washington Post" nəşrinə verdiyi müsahibədə bildirib. Braziliya liderinin sözlərinə görə, Kuba hökuməti dialoqa hazırdır və onlara sadəcə şans lazımdır. "Mən əminəm ki, Birləşmiş Ştatlar məcburiyyətə əsaslanmayan danışıqlar masası təşkil etsə, Kuba bu prosesdə iştirak edəcək", - deyə o vurğulayıb. Lula da Silvanın sözlərinə görə, Tramp ona adaya hərbi müdaxilə etmək niyyətində olmadığına dair təminat verib.
Mənbə
oxu.az