Dünya
Maduroya yaxın şəxs ABŞ-yə deportasiya edildi
Nikolas Maduronun yaxın adamlarından biri hesab olunan kolumbiyaəsilli dövlət məmuru Aleks Saab saxlanıldıqdan bir neçə ay sonra Venesueladan ABŞ-yə deportasiya edilib. Oxu.Az xəbər verir ki, bu barədə Venesuela Miqrasiya Agentliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Deportasiya qərarı adıçəkilən Kolumbiya vətəndaşının Amerika Birləşmiş Ştatlarında müxtəlif cinayətlər törətməkdə iştirakı nəzərə alınaraq qəbul edilib. Bu fakt hamıya məlumdur, aşkardır və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb", - deyə açıqlamada qeyd olunub. "Reuters" agentliyinin məlumatına əsasən, ABŞ hüquq-mühafizə orqanlarının nümayəndəsi Saabın fevral ayında Karakasda ABŞ və Venesuela rəsmilərinin birgə keçirdiyi əməliyyat zamanı saxlanıldığını bildirib.
Mənbə
oxu.az