Dünya
Nga Kor Ming: "Azərbaycanda da evlərin müəyyən keyfiyyət standartlarına uyğun olması vacibdir"
"Dünya sürətli urbanizasiya dövrünü yaşayarkən biz həmişə nəzərə almalıyıq ki, heç bir insan və heç bir məkan diqqətdən kənarda qalmamalıdır". Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə Naziri və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (UN-Habitat) Assambleyasının hazırkı prezidenti Nga Kor Ming deyib. O bildirib ki, buna görə də mənzil məsələsi bu WUF13 tədbirinin əsas gündəliyidir: "Yetərli və əlçatan mənzil təminatı çox vacibdir. Çünki biz istəyirik ki, hər kəs üçün şərait yaradılsın. Mən həmişə deyirəm: ev kərpic və materiallarla tikilir, amma ocaq ümid və arzularla qurulur. İnsanların arzularını gerçəkləşdirdiyimiz zaman, o cümlədən Azərbaycanda da evlərin müəyyən keyfiyyət standartlarına uyğun olması vacibdir. Birincisi, əlverişli olmalıdır. İkincisi, əlçatan olmalıdır. Üçüncüsü, əlaqəlilik təmin edilməlidir. Dördüncüsü isə sağlam və layiqli icma mühiti olmalıdır. Yalnız bu şərtlər təmin edildikdə biz hər kəsə məxsus olan bir şəhər qurmuş oluruq - yalnız müəyyən insanlara deyil, hər kəsə aid olan bir şəhər. Bu şəhər sadəcə sığınacaq deyil, həm də icmanın rifahı üçün bir məkan olmalıdır".
Mənbə
oxu.az