Dünya

Kanadada hantavirusa yoluxma halı aşkarlandı

17 May 2026, 01:16 2 baxış
Kanadada hantavirusa yoluxma halı aşkarlandı
Kanadanın Britaniya Kolumbiyası əyalətinin hökuməti bir nəfərdə hantavirus aşkarlanması ilə bağlı məlumat yayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, həmin şəxs Andes ştamı virusunun yayıldığı kruiz gəmisini tərk etdikdən sonra müayinədən keçirilib və test nəticəsi müsbət çıxıb. Rəsmi şəxslərin sözlərinə görə, pasiyentin testləri Britaniya Kolumbiyasının Viktoriya şəhərində yerləşən xəstəxanada aparılıb. Bu il ABŞ-də hantavirus Arizonada aşkarlanıb, Kaliforniyada isə üç təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Bundan əlavə, Çilidə 12 yoluxma faktı müəyyən edilib, Argentinada da xəstələr qeydə alınıb. Belarusda isə ötən il hantavirusa 50 yoluxma halı aşkarlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər