Dünya
Everestdə buz kütləsi çadır düşərgəsinin üzərinə çökdü: Yaralananlar var - VİDEO
Everestdə 5 360 metr yüksəklikdə yerləşən alpinist düşərgəsinin üzərinə qar kütləsi düşüb. Oxu.Az xəbər verir ki, bu barədə life.ru məlumat yayıb. Hadisə yerindən yayılan görüntülərdə düşərgəyə doğru sıx qar tozu buludunun və hava dalğasının yaxınlaşdığı görünür. Əvvəlcə turistlər yaxınlaşan təhlükəni sakit şəkildə lentə alsalar da, son anda çadırlara sığınıblar.
Məlumata görə, hadisəyə Xumbu buzlağında iri kütlənin çökməsi səbəb olub. Everest zirvəsinə aparan marşrutun ən təhlükəli hissələrindən sayılan bu ərazidə qopan kütləsi güclü uçqun yaradıb. İlkin məlumata əsasən, hadisə nəticəsində azı iki alpinist xəsarət alıb. Yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.

Mənbə
oxu.az