Dünya
İranın dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən gəmilərin sayı açıqlanıb
ABŞ hərbçilərinin İran ətrafında tətbiq etdiyi dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən ticarət gəmilərinin sayı 78-ə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb. "78 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, dörd gəmi isə blokadanın təmin edilməsi məqsədilə fəaliyyətsiz vəziyyətə gətirilib", - deyə paylaşımda bildirilir. ABŞ hərbçiləri İranın dəniz blokadasına aprelin 13-də başlayıblar. Mərkəzi Komandanlıq bəyan edib ki, İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərini tərk etməyə çalışan bütün gəmilərin qarşısını almaq niyyətindədir. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ-ni "piratlıq" və "terrorçuluq"da ittiham edib. Onun sözlərinə görə, Vaşinqton ticarət gəmilərini ələ keçirməklə və heyət üzvlərini saxlayaraq faktiki olaraq piratlar kimi davranır.
Mənbə
oxu.az