Digər

Türkiyədə yaşayış ərazisinə dron düşdü

16 May 2026, 14:43 9 baxış
Türkiyədə yaşayış ərazisinə dron düşdü

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində dronun yaşayış ərazisinə düşməsi nəticəsində iki evə ziyan dəyib.


Axar.az xəbər verir ki, hadisə Kazım Qarabəkir rayonunda qeydə alınıb.


Hadisə nəticəsində iki evin dam örtüyü zədələnib. Təxminən 1 metr uzunluğunda olduğu ehtimal edilən PUA hazırda mütəxəssislər tərəfindən araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər