Dünya

Tramp "dünyanın ən aktiv terrorçusu"nu öldürdüklərini bəyan etdi - FOTO

16 May 2026, 13:44 2 baxış
Tramp "dünyanın ən aktiv terrorçusu"nu öldürdüklərini bəyan etdi - FOTO
ABŞ hərbçiləri Nigeriya Silahlı Qüvvələrindən olan həmkarlarının köməyi ilə dünyanın ən təhlükəli terrorçularından birinin - İŞİD-in rəhbərliyindəki "ikinci adam" olan Əbu Bilal əl-Minukinin məhv edilməsi üzrə əməliyyat keçiriblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "TruthSocial" hesabında yazıb.
"Bu axşam mənim göstərişimlə cəsur ABŞ Ordusu və Nigeriya Silahlı Qüvvələri dünyada ən aktiv terrorçunu döyüş meydanında məhv etmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb missiyanı yerinə yetiriblər. İŞİD-in komandanlığındakı ikinci adam olan Əbu Bilal əl-Minuki düşünürdü ki, Afrikada gizlənə bilər. Lakin ağlına gəlmirdi ki, bizim onun nə etdiyi barədə məlumat verən mənbələrimiz var", - deyə paylaşımda bildirilib. Trampın fikrincə, əl-Minukinin məhv edilməsi ilə dünya miqyasında terrorçuların aktivliyi əhəmiyyətli dərəcədə azalacaq. Ağ Ev rəhbəri əməliyyatda göstərdikləri köməyə görə Nigeriya hökumətinə təşəkkür edib.
Tramp "dünyanın ən aktiv terrorçusu"nu öldürdüklərini bəyan etdi - FOTO Tramp "dünyanın ən aktiv terrorçusu"nu öldürdüklərini bəyan etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər