Siyasət

MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir?

15 May 2026, 21:14 3 baxış
MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir?
Ötən ilin avqustunda Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi barədə dediyi tarixi fakt Kremlə yaxın təbliğat kanallarında, Dumada və Rusiya hakimiyyətinə işləyən digər platformalarda "aydın səmada şimşək" effekti vermişdi. Tarixi öz siyasi maraqlarına uyğun şərh və təbliğ etməyə adət etmiş bu auditoriya Azərbaycanın 1920-ci ildəki açıq-aydın işğal faktını belə inkar etməyə qalxmış, ölkə başçısının bu bəyanatını isə onun Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, Azərbaycan təyyarəsinin Rusiyada vurulması və digər mövzular kontekstində şərh etməyə çalışmışdı. Oxu.Az Azpolitika.info-ya istinadən xəbər verir ki, lakin Prezidentin dedikləri sadəcə, xalqımızın yaddaşına qanla yazılmış adi tarixi həqiqət idi, bunun arxasında başqa bir kontekst axtarılması isə Azərbaycan xalqının Şərqin ilk demokratik cümhuriyyətinin yaradıcısı olması faktını arxa plana keçirmək cəhdi idi. Ancaq bu cür cəhdlər uğursuzluğa məhkumdur və Azərbaycan dövləti üçün əsas bünövrə, dəyər olan müstəqillik tariximizi, bugünümüzü və gələcəyimizi sual altına almaq iqtidarında deyil… Bu gün ölkəmiz 1920-ci il 28 mayda təməli qoyulmuş Azərbaycan Cümhuriyyətinin yaranışını - Müstəqillik Gününü növbəti dəfə qeyd etməyə hazırlaşır. Bu, sadəcə Azərbaycana aid misilsiz, önəmli tarix deyil, həm də Türk xalqlarının bir yerə toplaşması, öz birliyini, həmrəyliyini nümayiş etdirməsi üçün əsas və fürsətdir. Bu gün Türkiyə paytaxtında - Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Müstəqillik Günü münasibətilə təşkil edən təntənəli tədbir həmin fürsətdən düzgün istifadə edilməsinin nümunəsidir.
Bu tədbiri təntənəli edən digər amillərlə yanaşı, həm də buraya digər Türk dövlətləri rəsmilərinin, eləcə də Krım tatarları, Dağıstanın türk xalqları, qaraçay-balkar, çərkəz, noqay türkləri və yakut xalqlarının görkəmli nümayəndələrinin, ictimai-siyasi xadimlərinin, elm və mədəniyyət adamlarının, eləcə də diaspora və təşkilat rəhbərlərinin geniş şəkildə təmsil olunmasıdır. Bununla da hazırda müasir Rusiyanın tərkibində yaşayan bu xalqalr Azərbaycanın Müstəqillik Günü tədbirində öz milli kimliyinin, tarixi köklərinin - türkçülüyün möhtəşəmliyini bir daha yaşamış olublar. Bunun məhz Azərbaycan Səfirliyində, Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbirdə yaşanması, bu xalqların nümayəndələrinin səfirliyimizdə bir araya gəlməsi kifayət qədər simvolik və olduqca əhəmiyyətlidir… Üstəik, bu cür tədbirlər və görüşlər ortaq tarixi köklər, mədəni bağlar və mənəvi dəyərlər ətrafında həmrəyliyin nümayişi olmaqla yanaşı, bizim xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.
Bu cür platformalar yalnız mədəni-humanitar əlaqələrin inkişafı ilə məhdudlaşmır, həm də xalqlar arasında davamlı dialoqun, qarşılıqlı dəstəyin və əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradır. Demək olar, ortaq dildə danışan bu xalqlar üçün buna nail olmaq əslində çətin olmalı deyil… Eyni zamanda, belə əlaqələr Türk dünyası daxilində qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması və ortaq platformaların yaradılması baxımından da əhəmiyyətlidir. Digər Tük xalqları və dövlətlərinin də Azərbaycan nümunəsindən çıxış edərək, öz müstəqillik günlərini, yaxud digər əlamətdar tarixlərini eynilə qardaş xalqların nümayəndələri, ziyalıları, sənət adamlarının dəvəti ilə təşkil etməsi olduqca məqsədəuyğundur… Məlum tarixi və siyasi səbəblər ucbatından uzun illər türkdilli xalqların inteqrasiyası, bir-birini yaxından tanıması, onların daha yaxın siyasi, iqtisadi, mədəni əlaqələrinin qurulması lazımi səviyyədə təşkil edilməyib. Lakin zaman və şərtlər dəyişdikcə, bu məsələ aktuallıq qazanıb və bu gün Türk Birliyi mövzusu, onun lokomotivi sayılan Türk Dövlətləri Təşkilatı artıq regional müstəvini aşaraq geniş beynəlxalq müstəviyə çıxıb. Hətta dünya gücləri də bu faktorla barışmaq, onunla hesablaşmaq məcburiyyətindədirlər…
Türk Dövlətləri Təşkilatının üç mərkəzi var: İstanbul, Bakı və Astana. İstanbul təşkilatın ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir. Ancaq əlbəttə ki, onun gerçək əhatə dairəsi bir ucu Çindəki uyğurlardan, digər ucu Moldovadakı qaqauzlara qədər olduqca böyük bir coğrafiyanı əhatə edir və Azərbaycan bu coğrafiyanın mərkəzində - ürəyində yerləşir. Əksər Azərbaycanı istəyən və istəməyən xarici müşahidəçilər, təhlilçilər ölkəmizin Türk Dövlətləri Təşkilatındakı fəaliyyətini və aktivliyini yüksək qiymətləndirir. Buna qısqanclıqla yanaşanlar da əlbəttə ki, var. Lakin apardığı müstəqil xarici siyasətlə Azərbaycan dəfələrlə sübut edib ki, ölkəmiz, xalqımız üçün ən yaxşısını özü bilir, özü seçir və öz iradəsilə bu seçiminin üzərində durur. Türk Birliyi də sadəcə emosiyalar və ideologiya deyil, həm də soyuq məntiq, iqtisadi, siyasi, hərbi və digər maraqlar üzərində qurulmuş dönməz strateji seçimimizdir. Bunu şimalda, cənubda, qərbdə bizi istəyənlər də, istəməyənlər də nə qədər tez anlayıb qəbul etsələr, bir o qədər yaxşıdır…
{{gallery}}
MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir? MÜSTƏQİLLİK GÜNÜMÜZ - Türk dünyasını birləşdirən dəyər! - Ankaradakı səfirliyimizin tədbiri nədən bu qədər əhəmiyyətlidir?
Mənbə oxu.az

Oxşar Xəbərlər