Digər

Batyanı bizə qarşı razı salmağa çalışırlar, hücum ola bilər

15 May 2026, 21:35 3 baxış
Batyanı bizə qarşı razı salmağa çalışırlar, hücum ola bilər

Rusiyanın Belarusu Ukraynaya qarşı müharibəyə daha fəal şəkildə cəlb etmək cəhdləri qeydə alınır.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


“Biz bilirik ki, ruslarla Aleksandr Lukaşenko arasında əlavə təmaslar olub və məqsəd onu Rusiyanın yeni aqressiv əməliyyatlarına qoşulmağa razı salmaqdır. Xüsusilə, Rusiya Belarus ərazisindən cənub və şimal istiqamətlərində əməliyyat planlarını nəzərdən keçirir: ya Ukraynada Çerniqov-Kiyev istiqamətinə qarşı, ya da Belarus ərazisindən NATO ölkələrindən birinə qarşı ,” - Zelenski vurğulayıb.


Onun sözlərinə görə, Ukraynanın Rusiya ilə Belarus arasında baş tutan danışığın detalları barədə məlumatı var.

Mənbə axar.az

Oxşar Xəbərlər