Fransanın hərbi gəmisi Ərəb dənizinə çatdı
Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb. Bu hərbi gəmi Süveyiş kanalını keçdikdən sonra bölgəyə daxil olub.
Axar.az xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo bildirib.
O deyib ki, Fransanın flaqman gəmisinin bölgədə mövcudluğu rəsmi Parisə regional vəziyyətin inkişafını yaxından izləməyə və diplomatik təsir imkanlarını artırmağa şərait yaradır.
Qeyd edək ki, “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin bölgəyə göndərilməsi barədə qərarı mayın 6-da Fransa Prezidenti Emmanuel Makron verib. Missiya Fransa və Böyük Britaniyanın birgə təhlükəsizlik təşəbbüsü çərçivəsində həyata keçirilir, məqsəd isə Hörmüz boğazı ətrafında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir.