Digər

Lavrovla jurnalist arasında gərgin anlar - Video

15 May 2026, 18:04 1 baxış
Lavrovla jurnalist arasında gərgin anlar - Video

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən mətbuat konfransında çıxışı zamanı jurnalistlə arasında gərgin dialoq yaşanıb.


Axar.az xəbər verir ki, bu barədə video-görüntülər sosial mediada yayılıb.


Bildirilib ki, müxbir yüksək səslə telefonla danışaraq nazirin sözünü iki dəfə kəsib.


Lavrov dərhal cavab verərək ondan otağı tərk etməsini istəyib. Xahişlər istənilən nəticəni vermədikdə, Lavrov diplomatik yumordan istifadə edib.


“Cənab, telefonunuzu mənə verməsəniz, silah çıxaracaqlar!”, - deyə Lavrov ingilis dilində bildirib və zaldakılar gülüblər.

Mənbə axar.az

Oxşar Xəbərlər