Digər

ABŞ İrandakı əməliyyatları başa çatdıracaq - Tramp

15 May 2026, 17:20 3 baxış
ABŞ İrandakı əməliyyatları başa çatdıracaq - Tramp

ABŞ geri qayıdacaq və İrandakı əməliyyatları başa çatdıracaq.


Axar.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təyyarədə jurnalistlərə açıqlamasında deyib.


"Biz, yəqin ki, işin 70-75%-ni başa çatdırdıq. Hər şeyi axıra qədər etmədik. Qayıdacağıq və hər şeyi tamamlayacağıq", - ABŞ lideri əlavə edib.


Qeyd edək ki, daha əvvəl Tramp vurğulayıb ki, əgər İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a təhvil verməsə, amerikalılar özləri onun dalınca gələcəklər.

Mənbə axar.az

Oxşar Xəbərlər