Siyasət

Özbəkistan prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib

15 May 2026, 16:32 2 baxış
Özbəkistan prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib
Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə TDT-də səmərəli sədrliyinə görə təşəkkürünü bildirib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Özbəkistan lideri deyib: "Səmərəli sədrliyinə və təşkilatımızın beynəlxalq nüfuzunun gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər