Digər

"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi

15 May 2026, 14:51 2 baxış
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
Mayın 8-də "28 Mall" ticarət mərkəzində yerləşən "HONOR" brend mağazasında yeni "HONOR 600 Seriyası"nın rəsmi təqdimatı baş tutub. Tədbir həm texnologiya həvəskarlarını, həm də mağaza ziyarətçilərini bir araya gətirərək qonaqlara yeni məhsullarla yaxından tanış olmaq və əyləncəli atmosferdə vaxt keçirmək imkanı yaradıb. Təqdimat zamanı iştirakçılar "HONOR 600 Seriyası"nın əsas üstünlükləri, süni intellekt (AI) imkanları, yenilənmiş kamera sistemi, yüksək performansı və premium dizaynı barədə ətraflı məlumat əldə ediblər. Qonaqlar yeni smartfonları xüsusi demozonalarında canlı şəkildə test etmək, kamera funksiyalarını yoxlamaq və AI xüsusiyyətlərini təcrübədən keçirmək imkanı qazanıblar. Bundan əlavə, tədbir çərçivəsində əyləncəli şou proqramı, interaktiv oyunlar və müxtəlif hədiyyəli müsabiqələr təşkil olunub. Mağaza ziyarətçiləri həm maraqlı oyunlarda iştirak edib hədiyyələr qazanıb, həm də xüsusi hazırlanmış foto zonalarda yaddaqalan şəkillər çəkdirərək tədbirin atmosferini sosial şəbəkələrdə paylaşmaq imkanı əldə ediblər. Tədbirin əsas hədiyyələri isə yeni "HONOR 600" smartfonları olub. Yeni seriyanın təqdimatı münasibətilə "HONOR" brend mağazalarında xüsusi ön satış kampaniyası da həyata keçirilib. İstifadəçilər smartfonları rəsmi satış başlanğıcından bir həftə əvvəl əldə etmək imkanı qazanıblar. Kampaniya çərçivəsində alıcılara xüsusi hədiyyələr - "HONOR" brend çantası və ağıllı saatlar təqdim olunub. Xüsusi kampaniya mayın 31-dək "HONOR"un "28 Mall" və "Əcəmi" filiallarında yerləşən rəsmi brend mağazalarında davam edir. "HONOR 600" modelini əldə edən müştərilərə "HONOR CHOICE Watch 2i" və "HONOR" brend çantası, "HONOR 600 Pro" modelini alanlara isə "HONOR CHOICE Watch 2 Pro" və "HONOR" brend çantası hədiyyə edilir. Bundan əlavə, smartfonları hissəli ödənişlə əldə etmək istəyən istifadəçilər üçün xüsusi imkan da təqdim olunur - cihazların endirimli qiymətini 12 ay ərzində faizsiz, ilkin ödənişsiz və komissiyasız hissələrlə ödəmək mümkündür. Qeyd edək ki, bu xüsusi kampaniya, hədiyyəli təkliflər və hissəli ödəniş şərtləri yalnız "HONOR"un rəsmi brend mağazalarında keçərlidir. Ünvanlar: "HONOR 28 Mall" - Azadlıq prospekti, 4, 1-ci mərtəbə, "28 Mall"; "HONOR Əcəmi" - Hüseynbala Əliyev, 1-9, "M.Əcəmi" metro stansiyasının yaxınlığı.

{{gallery}}
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
Mənbə oxu.az

Oxşar Xəbərlər