Digər
Paşinyan Karapetyanı məhkəməyə verdi
Ermənistanın Baş naziri Nikol Paşinyanın Güclü Ermənistan Partiyasının lideri, rusiyalı oliqarx Samvel Karapetyana qarşı məhkəmə iddiası icraata qəbul edilib.
Axar.az xəbər verir ki, bu barədə “Dataleks” məhkəmə portalı məlumat yayıb.
Məlumata görə, Paşinyan Karapetyandan ictimaiyyət qarşısında təkzib tələb edir və böhtan nəticəsində dəyən qeyri-maddi ziyana görə 6 milyon dram təzminat tələb edir.
Qeyd edək ki, Karapetyan çıxışında “Baş nazir Nikol Paşinyan Çindən halüsinasiya yaradan göbələklər gətirib və hər dəfə çıxışından əvvəl onlardan istifadə edir” deyə bildirmişdi.
Mənbə
axar.az