Elnaz və İlahə bacıları beynəlxalq mükafat aldı
Müxalifətçi jurnalistlər Elnaz və İlahə Məhəmmədi bacıları “Jurnalistikada Cəsarət Mükafatı”nın 37-ci dövrünün qalibləri siyahısına salınıblar.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Qadın Media Fondu məlumat yayıb.
“Onlar yüksək risk dövründə reportaj hazırlamaq və təhlükəli şəraitdə həqiqətləri üzə çıxardıqlarına görə mükafata layiq görülüblər”, - məlumatda bildirilib.
Beynəlxalq Qadın Media Fondunun bəyanatında Məhəmmədi bacılarının fəaliyyətləri təqdir edilib və onlara qarşı təzyiqlər xatırladılıb:
“Elnaz və İlahə Məhəmmədi illərdir dünyanın ən məhdudlaşdırıcı media mühitlərindən biri olan İranda sistematik dövlət nəzarəti və zorakılığını sənədləşdirən və jurnalistika fəaliyyətlərinə görə həbs olunan, həbsxanaya salınan və senzuraya məruz qalan jurnalistlər kimi məşhurlaşıblar”.
2026-cı il qalibləri arasında iranlı bacılardan başqa, ABŞ-dan Corciya Fort və Myanmadan Nay Min Nye (təxəllüs) də var.