Cəmiyyət

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

15 May 2026, 14:27 2 baxış
Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

Bakı Metropoliteninin rəisi Vüsal Aslanov tərəfindən səsləndirilən fikirlər göstərir ki, bəziləri məşğul olduqları sahənin mahiyyətini tam dərk etmirlər və vəzifələrinin nədən ibarət olduğunu yetərincə anlamırlar. V.Aslanovun əsas vəzifəsi nəqliyyat xidmətini təşkil etmək, insanların bir nöqtədən digər nöqtəyə rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Vətəndaşların hərəkət imkanlarını məhdudlaşdırmaq və ya onların gündəlik həyatını çətinləşdirmək isə onun səlahiyyətinə aid deyil.


Bu sözləri Axar.az-a açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı və sıxlıq yaradacağı haqda sözlərini şərh edərkən deyib.deyib.


O qeyd edib ki, insanların şəhərin mərkəzinə, yaxud digər ərazilərə getməsi kiminsə qərar verəcəyi məsələ deyil:


“Əgər Yeni Yasamal və ya Binəqədidə metro stansiyası tikilsə, həmin insanlar şəhər mərkəzinə axın edərək sıxlıq yaradacaqlar” kimi yanaşma ciddi suallar doğurur. Bu yanaşma ilə belə çıxır ki, müəyyən ərazilərdə yaşayan insanların şəhər mərkəzinə gəlmək hüququ var, digərlərinin isə yoxdur. Bir məmurun vətəndaşları yaşadıqları əraziyə görə fərqləndirməsi və belə bölgü aparması məyusedicidir. Təəssüf ki, bəzən vəzifəsinin mahiyyətini tam anlamayan şəxslər məsul mövqelərdə təmsil olunurlar. Nəticədə isə cəmiyyət üçün anlaşılmaz və mübahisəli açıqlamalar səsləndirilir. İctimai vəzifə daşıyan şəxslər dedikləri sözlərin məsuliyyətini dərk etməli, ictimai reaksiyanı nəzərə almalıdırlar. İnkişaf etmiş ölkələrdə bu tip fikirlər ciddi qalmaqal yarada və ciddi nəticələr doğura bilərdi”.

Mənbə axar.az

Oxşar Xəbərlər