Cəmiyyət
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb. Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib. Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl "Bakı Telefon Rabitəsi" MMC-nin 6 saylı Rabitə Xidmət Mərkəzində rəis müavini vəzifələrində çalışıb.
Mənbə
oxu.az