Digər
Trampın bu sözü ilə “Boinq”in səhmləri ucuzlaşdı
“Boinq” şirkətinin səhmləri 4% düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Buna səbəb ABŞ Prezidenti Donald Trampın Çinin 200 ədəd “Boeinq” təyyarəsi almağa razılaşdığını deməsi olub. Bu rəqəm onun Si Szinpin ilə görüşündən əvvəl müzakirə edilən mümkün 500 təyyarəlik müqavilə ilə bağlı gözləntilərdən xeyli aşağıdır.
Sifarişin detalları hələ dəqiq açıqlanmadığı üçün investorlar xəbərə mənfi reaksiya veriblər”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az