Digər
Ukraynanın cavabı: Rusiyaya kütləvi hücuma keçdi
Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gecə Rusiya ərazisi üzərində Ukrayna ordusuna məxsus 355 PUA-nı məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dronlar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Pskov, Rostov, Ryazan, Smolensk, Tambov, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krım, Kalmıkiya Respublikası və Krasnodar diyarı üzərində, eləcə də Azov və Xəzər dənizləri üzərində məhv edilib.
Qeyd edək ki, ötən gün Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində 24 nəfər ölüb, 48 nəfər yaralanıb. Kiyevdə bu gün matəm elan edilib.
Mənbə
axar.az