Cəmiyyət

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

15 May 2026, 10:12 4 baxış
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub. Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, qurumun "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub. Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib. Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə" İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər