Cəmiyyət
14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto
Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.
Rayonun Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik maşını 2012-ci il təvəllüdlü piyada Röyal Hürbət oğlu İbrahimovu vurub.
14 yaşlı R.İbrahimov hadisə yerində həyatın itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az