Digər

Netanyahu “Nyu York Tayms”ı məhkəməyə verir

15 May 2026, 10:37 1 baxış
Netanyahu “Nyu York Tayms”ı məhkəməyə verir

İsrailin Baş naziri Benyamin Netanyahu fələstinlilər haqqında məqaləyə görə "Nyu York Tayms" qəzetini məhkəməyə vermək qərarına gəlib.


Axar.az xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.


“Netanyahu və xarici işlər naziri Gideon Saar indiyə qədər ən dəhşətli və təhrif olunmuş yalanlardan birini nəşr etdiyinə görə “Nyu York Tayms” qəzetinə qarşı məhkəmə iddiası qaldırmağa göstəriş verib", - məlumatda deyilib.


Qeyd edək ki, söhbət sözügedən qəzetin jurnalisti Nikolas Kristofun məqaləsindən gedir. Kristof məqaləsində İsraildə fələstinli məhbuslara qarşı sistematik cinsi istismardan bəhs edən məqalə hazırlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər