Digər
Rusiya ilə bu halda danışıqlar başlaya bilər - Nauseda
Rusiya Ukraynadakı tammiqyaslı müharibəyə son qoymağa hazır olduğunu nümayiş etdirməyincə, onunla dialoqa girməyin mənası yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bildirib.
Nauseda qeyd edib ki, əgər Rusiya hərbi əməliyyatların dayandırılmasına razılıq verərsə, danışıqlar mümkündür:
"Hazırda Vladimir Putinlə bu cür təmaslar və ya danışıqlar üçün heç bir fürsət görmürəm, çünki inanıram ki, bu cür söhbətlər yalnız Rusiya müharibəyə son qoymaq istəyini açıq şəkildə nümayiş etdirdikdə başlaya bilər. Bunun çox sadə yolu var: hərbi əməliyyatları dayandırmaq, atəşkəsə nail olmaq və yalnız bundan sonra Kreml rejimi ilə istənilən məsələni müzakirə etmək mümkün olacaq".
Mənbə
axar.az