Cəmiyyət

Zəngilan şəhəri və Cəbrayıl rayonu daha 479 sakininə qucaq açır: Növbəti köç karvanı yola salındı - VİDEO

15 May 2026, 07:20 3 baxış
Zəngilan şəhəri və Cəbrayıl rayonu daha 479 sakininə qucaq açır: Növbəti köç karvanı yola salındı - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oxu.Az-ın məlumatına görə, bu gün Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Zəngilan şəhəri və Cəbrayıl rayonu daha 479 sakininə qucaq açır: Növbəti köç karvanı yola salındı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər