Cəmiyyət
Keçmiş məcburi köçkün: "Valideynlərimlə tərk etdiyim Cəbrayıla nəvələrimlə qayıdıram"
"Cəbrayıl rayonu işğal olunanda 28 yaşım var idi. Valideynlərimlə birlikdə oranı tərk etmişdik. Bu gün isə nəvələrimlə doğma yurduma qayıdıram". Oxu.Az xəbər verir ki, bunu Cəbrayıl rayonuna qayıdan keçmiş məcburi köçkün Maya Səfərova deyib. O bildirib ki, bu günü valideynləri ilə birlikdə böyük səbirsizliklə gözləyib: "Bizim üçün bundan sevincli gün ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükür ki, elimizə-obamıza qayıdırıq. Allah Prezidentimizin canını sağ eləsin. Onun sayəsində bu gün torpaqlarımız azad olunub. Bu günü valideynlərim də mənimlə birlikdə gözləyirdi. Amma təəssüf ki, onlara qismət olmadı. Qazandıqlarımızla yanaşı, itirdiklərimiz də oldu".
Mənbə
oxu.az