Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Qazax və Daşkəsən rayonlarında qaz təchizatının verilişində fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. "Payız-qış mövsümünə hazırlıq işləri, həmçinin aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar mayın 15-də saat 09:10-dan işlər yekunlaşanadək Daşkəsən şəhərinin, rayonun Alunitdağ, Mədənçilər, Yuxarı Daşkəsən qəsəbələrinin, Mollahəsənli kəndinin, eləcə də Qazax rayonunun Kosalar kəndinin və Gədəbəy şəhərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Mənbə
oxu.az