SEPAH İranda mühüm qüvvə olaraq qalır - Kuper
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran idarəçiliyində mühüm qüvvə olaraq qalır.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, İranın hərbi potensialı kəskin şəkildə azalsa da, bölgədə gəmiçiliyin hərəkətini nəzarətdə saxlayır:
"SEPAH hələ də sənaye və sığorta sisteminə nəzarət edir. Amma ABŞ ordusu fövqəladə hallar üçün geniş imkanlara malikdir və Hörmüz boğazından gəmiləri müşayiət etmək qabiliyyətini qoruyub saxlayır" - deyə, admiral qeyd edib.
Kuperin sözlərinə görə, danışıqlar dövründə problemlərin həlli siyasətçilərdən asılıdır:
"ABŞ ordusunun İran silahlı qüvvələrinə vurduğu ziyana və dağıntılara baxmayaraq, SEPAH ölkənin idarəçiliyində mühüm qüvvə olaraq qalır".