Cəmiyyət

Bakıda 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutub - VİDEO

15 May 2026, 01:00 3 baxış
Bakıda 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutub - VİDEO
Bakıda 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Festivalın icraçı direktoru Sərxan Nəciyev tədbirin əhəmiyyəti və proqramı barədə danışarkən festivalın fəaliyyət istiqamətlərini qeyd edib: "Ümumilikdə ANİMAFİLM festivalı 2018-ci ildən etibarən keçirilir. Biz Azərbaycanda ilk beynəlxalq animasiya filmi festivalını təşkil edirik və bu, artıq bizim doqquzuncu ilimizdir. Proqram çərçivəsində nümayişlər, vorkşoplar (yaradıcılıq emalatxanaları), ustad dərsləri və digər müxtəlif tədbirlər həyata keçirilir. Son iki ildir ki, festival çərçivəsində piçinq (layihələrin təqdimatı) müsabiqələri də təşkil edirik. Bu, yerli animatorlar üçün əla imkandır; onlar öz layihələrini təqdim edərək icra üçün müəyyən büdcə qazana bilirlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər