Digər
Başa düşürsənmi, ay hambal? - Paşinyandan sərt reaksiya
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Köçəryanın ittihamlarına cavab verib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o bu barədə Feysbukda canlı yayım zamanı danışıb.
Baş nazir bildirib ki, erməni xalqı artıq öz seçimini edib.
“O (R.Köçəryan) dedi ki, Kommunist Partiyasında “hambal” sözü təbii qəbul edilir. Başa düşürsənmi, ay hambal? Xalq 2021-ci ildə səni aldadıb və şübhə etmə ki, 2026-cı ildə də aldadacaq”, – Paşinyan vurğulayıb.
Mənbə
axar.az