Digər
Fransanın qərbində qanlı olay: Yeniyetmələr güllələndi
Fransanın qərbində, Nant şəhərinin Por-Buaye kvartalında baş verən silahlı atışmada bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Le Parisien” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ölən və yaralananlar 13-15 yaş arası yeniyetmələrdir. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.
Belə ki, bu, Nant şəhərində ilin əvvəlindən bəri baş verən 26-cı silahlı insidentdir.
Mənbə
axar.az