Cəmiyyət
Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib.
Qeyd edilib ki, 18 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.
Bildirilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.
Səfir göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.
Mənbə
axar.az