Cəmiyyət
Azərbaycanda kənd yolları təmir olunacaq
Azərbaycanda kənd yolları təmir olunacaq. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Nazirlər Kabinetinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb. Sənəddə qeyd olunur ki, infrastruktur layihələri çərçivəsində kənd yollarının təmiri və yenidən qurulması istiqamətində işlər aparılacaq.
Mənbə
oxu.az