Cəmiyyət
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planı təsdiq olunub
"Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı" təsdiq edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, qlobal çağırışlar, ölkənin və regionların sosial iqtisadi inkişaf istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınaraq, ortamüddətli dövr üçün regionlarda peşə ixtisasları üzrə kadr hazırlığına dair tələbat müəyyən ediləcək. Burada əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi müəyyən edilib.
Mənbə
oxu.az