İdman
Azərbaycan Kubokunun finalından sonra "Zirə" cərimələndi
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun final matçından sonra "Zirə" klubunu cərimələyib. Oxu.Az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib. Belə ki, "Sabah" komandasına qarşı keçirilən görüşdə "qartallar"ın beş futbolçusunun sarı vərəqə alması kluba 700 manat məbləğində cərimə bahasına başa gəlib. Qeyd edək ki, qarşılaşma "Sabah" klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə
oxu.az