İdman

Xankəndi şəhər stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb

14 May 2026, 14:57 2 baxış
Xankəndi şəhər stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
"Xankəndi şəhər stadionu avqust və ya sentyabr aylarınadək tam hazır olacaq". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, arenada III MDB Oyunlarına görə oxatma yarışları təşkil edildiyi üçün bərpa işlərində ləngimə olub. F.Qayıbov stadion üçün bəzi avadanlıqların ölkə xaricindən gətiriləcəyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər