İdman

Futbol üzrə dünya çempionatının finalında bir ilk: Sürpriz qonaqlar açıqlandı - FOTO

14 May 2026, 14:34 11 baxış
Futbol üzrə dünya çempionatının finalında bir ilk: Sürpriz qonaqlar açıqlandı - FOTO
ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının final fasiləsində ABŞ-li müğənni Madonna, kolumbiyalı müğənni Şakira və Cənubi Koreyadan olan BTS qrupu çıxış edəcəklər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Coldplay" rok-qrupu "X" hesabında məlumat verib. "Madonna, Şakira və BTS iyulun 19-da Nyu-Cersi ştatındakı stadionda DÇ-2026-nın final oyununun fasiləsində tarixdə ilk dəfə olaraq final şousunun hedlaynerləri (əsas və ən məşhur iştirakçıları - red.) olacaqlar. "Coldplay"in solisti Kris Martinin təşkilatçısı, "Global Citizen"in prodüseri olan şou FIFA-nın "Global Citizen" təhsil fondu üçün vəsaitin toplanmasına yönəldiləcək. Həmin fond dünya üzrə uşaqlar üçün keyfiyyətli təhsil və futbola əlçatanlığı yaxşılaşdırmağı nəzərdə tutur", - deyə məlumatda bildirilib.
Futbol üzrə dünya çempionatının finalında bir ilk: Sürpriz qonaqlar açıqlandı - FOTO Futbol üzrə dünya çempionatının finalında bir ilk: Sürpriz qonaqlar açıqlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər